Abunə ol

Uzm Dr. Erkin Rəhimov

Uzm Dr. Erkin Rəhimov

Uzm Dr. Erkin Rəhimov

Pediatr

Həkim haqqında

Erkin Rəhimov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra  əvvəlcə Azərbaycan Tibb Universitetinə daxil olmuş, daha sonra isə təhsilini İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsində davam etdirmişdir. 2007-ci ildə məzun olduqdan sonra Pediatriya üzrə uzmanlıq təhsilini İstanbul Universiteti Istanbul Tibb Fakültəsi, Uşaq Sağlığı və Xəstəlikləri kafedrasında almışdır. 

Erkin Rəhimov 2012-2014-cü illərdə İstanbul Memorial Hizmet Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri vəzifəsini icra etmişdir. 2014-cü ildə isə Baku Medical Plaza Xəstəxanalar qrupunda Pediatriya şöbəsinin müdiri kimi fəaliyyətə başlamışdır. Erkin Rəhimov həmçinin 2019-cu ildən  Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Pediatriya kafedrasında assistent vəzifəsini yerinə yetirir.

O, həmçinin Azərbaycan Pediatriya Cəmiyyətinin idarə heyətinin sədri, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin idarə heyətinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) Daimi Komitəsinin (Standing Commitee) üzvüdür. 

Bir çox yerli və xarici jurnallarda elmi məqalələri dərc olunmuşdir. Həmçinin bir çox jurnal və protokolların tərtib olunmasında iştirak etmişdir. 

Erkin Rəhimov eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-eskpertidir. 


Məqalələri:

Opsomyoclonus and Ataxia: Possibly Permanent Neurological Conditions Caused by Neuroblastoma DOI: 10.5222/j.child.2012.083

The evaluation of diagnosis, treatment and long term follow-up in children and adolescents with neurocardiogenic Syncope DOI: 10.5222/j.child.2010.190

Whole Body Hypothermia Treatment and Results In Newborns With Perinatal Asphyxia: A Case Series DOI: 10.5455/amaj.2016.02.01 

Prevention and control of meningococcal disease: Updates from the Global Meningococcal Initiative in Eastern Europe. J Infect. 2019 Dec;79(6):528-541. doi: 10.1016/j.jinf.2019.10.018. Epub 2019 Nov 1.

Hemolytic Uremic syndrome still confuses minds: a case with all three components of the triad. Azerbaijan Med Assoc J. 2020; 4(1): 25 -26

Azərbaycanlı körpə və uşaqların baş çevrəsinin böyümə diaqramları. Tibb və elm jurnalı, №1 (19) 2020, 59-64

Metabolic acidosis with increased anion gap, oxaluria, and acute kidney injury: Questions. Pediatr Nephrol. 2021 Jun;36(6):1447-1448.

Metabolic acidosis with increased anion gap, oxaluria, and acute kidney injury: Answers. Pediatr Nephrol. 2021 Jun;36(6):1449-1451.

Azerbaijan national growth charts for children and adolescents from birth to 16 years. AMAJ. 2021, 19 - 25

Rahimov E. Effects of Climate Change on Children in Azerbaijan. Turk Arch Pediatr. 2023 Sep;58(5):562-563. doi: 10.5152/TurkArchPediatr.2023.23132. PMID: 37670555; PMCID: PMC10544229.