Missiyamız
GCTC Baku hal-hazırda spesifik müalicəsi mümkün olmayan bir sıra nevroloji ve genetik xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müasir müalicələrə əlçatanlığını təmin etmək və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə bir sıra addımlar atır. Serebral iflic xəstələrində kök hüceyrə terapiyası ilə çıxdığımız bu yolda pasiyentlərimizin vəziyyətindəki yaxşılaşma bizim bu iş üçün motivasiyamızı günbəgün artırır. Məqsədimiz, pediatriyanın hər sahəsində ixtisaslaşmış peşəkar həkim heyəti tərəfindən tətbiq olunan müalicələrlə uzun müddətdir genetik və nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların sağlamlığını yaxşılaşdırmaqdır. Bu müalicələr, uşaqların unikal tibbi ehtiyaclarına uyğunlaşdırılmışdır və onların həyat keyfiyyətini artırmaq üçün nəzərdə tutulmuşdur. Komandamız, həm genetik həm də nevroloji xəstəliklərin kompleks təbiətini başa düşərək, ən son tibb elmi nailiyyətlərini və fərdi yanaşmaları birləşdirir. Bu yanaşma, hər bir uşağın optimal müalicə almasını və sağlamlığa nail olmasını təmin etməyi hədəfləyir.