Abunə ol

Biz kimik

Fəaliyyətinə 2023-cü ildən başlayan GCTC Baku Bakı şəhərində yerləşən Baku Medical Plazanın Babək filialının tərkibində fəaliyyət göstərir. Bəzi genetik və nevroloji xəstəliklərin müasir metodlarla müalicəsini həyata keçirir. Mərkəzimiz elmi və praktiki fəaliyyətlə məşğul olan pediatriyanın müxtəlif sahələrində ixtisaslaşmış beynəlxalq və yerli həkim heyəti, eləcə də tam təşəkküllü reanimasiya ilə təmin olunmuşdur.

Hal-hazırda serebral iflic xəstələrində kök hüceyrə müalicəsinə başlayan GCTC Baku nun bu sahədə nəticələri kifayət qədər üzgüldürəndir. 

Lakin hədəfimiz bu qəbildən olan, daha öncə müalicəsi olmayan bir sıra genetik və nevroloji xəstəliklərin yeni üsullar ilə müalicəsini təmin etməkdir. Bu üsulların bəziləri artıq öz effektini elm sübutlarla təsdiq etsə də, bəziləri hələ də sınaq mərhələsindədir.

 

Bu müasir üsullar müalicəsi mümkün olmayan xəstələr üçün ümid işığı ola bilər.